
İordaniyanın Dövlət Təhlükəsizliyi Məhkəməsi ötən ay ölkənin cənubunda yerləşən kilsəyə silahlı hücum etdiklərinə görə üç kişini asılmaqla edam cəzasına məhkum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd edək ki, oktyabrın sonunda Kərək bölgəsində Əl-Həmmudə pravoslav kilsəsinə hücum olmuşdu.
Hücum nəticəsində doqquz nəfər həlak olmuş, daha 25 nəfər yaralanmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz