XIX əsrə aid kisə muzeyə təqdim olunub​

Milli adət-ənənələrimizin öyrənilməsində mühüm baza rolu oynayan AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsi daim yeni materiallarla zənginləşir. Bu günlərdə Milli Azərbaycan Tarixi Muzeyinə yeni etnoqrafik material - XIX əsrə aid təmbəki kisəsi təqdim olunub. Kisənin atlası sarı rəngli ipəkdəndir, yerliyi isə göy rəngli atlas parçadandır. Üzərinə güləbatın və ipək saplarla gül-çiçək arasında yerləşən quş rəsmlərindən ibarət tikmə salınıb. Muzeyə təqdim olunan kisə dövrün etnoqrafik mədəniyyətinin öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

DİGƏR XƏBƏRLƏR

Top