
“Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Universitet məlumat yayıb.
Bildirilib ki, hadisənin səbəbləri ilə bağlı rəsmi məlumat əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək:
“Xahiş edirik, araşdırmanın obyektivliyinə və ailənin həssas vəziyyətinə hörmətlə yanaşılsın.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun!
Elviranın əziz xatirəsi müəllimləri və tələbə yoldaşlarının yaddaşında hər zaman çalışqan, fəal, pozitiv və mərhəmətli gənc kimi əbədi yaşayacaq!”
Tətbiqimizi yükləyə bilərsiniz