
ABŞ-nin keçmiş prezidenti Co Bayden nəşrə hazırlanmaqda olan “Mənə söz ver, Amerika” (“Promise Me, America”) adlı memuarlarında Ukrayna Prezidenti Volodimir Zelenskini “kaprizli və inadkar” adlandırıb.
Yeniavaz.com xəbər verir ki,”Newsweek” jurnalı memuarlardan sitatlara istinadən bu barədə yazıb.
“Bayden onların münasibətlərinin bəzən gərgin olduğunu yazıb. O qeyd edib ki, Ukrayna lideri hərdən kaprizli və inadkar ola bilir, həmçinin onun gözlədiyi qədər minnətdarlıq göstərmirdi”, – deyə nəşr yazıb.
Qeyd olunur ki, bu cür qiymətləndirmələr Zelenskinin ABŞ-yə səfərləri və ya beynəlxalq sammitlər çərçivəsində Baydenlə görüşləri zamanı dəfələrlə Vaşinqtondan əlavə silah və maliyyə yardımı tələb etməsi ilə bağlıdır.
Tətbiqimizi yükləyə bilərsiniz