Paytaxtın bəzi ərazilərində su kəsiləcək


Sabah paytaxtın bəzi ərazilərində su olmayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı gün ərzində mərhələlərlə bərpa olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top