İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirlərindən birini öldürüb


İsrail Müdafiə Ordusu (SAXAL) daxili təhlükəsizlik xidməti “Şin Bet”lə birlikdə Qəzza zolağının cənubunda Fələstinin HƏMAS qruplaşmasının hərbi qanadının yüksək rütbəli komandirlərindən birinə zərbə endirib.
Yeniavaz.com
AFP-yə istinadla xəbər verir ki, Fələstin qruplaşması Rəfah briqadasının komandiri Samir Əbu Yunisin öldüyünü təsdiqləyib.
Fələstin mənbələrinin məlumatına görə, zərbə şənbə günü Xan Yunisin qərbində yerləşən Əl-Məvasi bölgəsində endirilib.
Qəzza Mülki Müdafiə Xidmətinin nümayəndəsi Mahmud Basal AFP-yə bildirib ki, onlar 53 yaşlı komandirin cəsədini təhvil alıblar. Zərbə nəticəsində daha iki nəfər yaralanıb.
SAXAL və “Şin Bet” birgə bəyanatlarında adını açıqlamadan HƏMAS-ın hərbi qanadının yüksək vəzifəli nümayəndəsinə zərbə endirdiklərini bildiriblər. Daha sonra hərəkatın silahlı qanadı olan “İzzəddin əl-Qəssam briqadaları” Əbu Yunisin öldüyünü təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top