
İranın İlam vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 19 nəfər yaralanıb.
Yeniavaz.com “İrna”ya istinadla xəbər verir ki, hadisə Dəşt-Abbas-Mormuri avtomobil yolunda baş verib.
Bildirilib ki, yaralılar yaxınlıqdakı səhiyyə müəssisələrinə yerləşdirilib.
Qəzanın dəqiq səbəbi barədə məlumat verilməyib.
Faktla bağlı araşdırma aparıldığı qeyd olunub.
Tətbiqimizi yükləyə bilərsiniz