50 il sonra yenidən Rubik kubunun istehsalına başladılar


Macarıstan ixtirasından 50 ildən çox vaxt keçdikdən sonra məşhur Rubik kubunun yenidən istehsalına başlayıb.
Yeniavaz.com
“Euronews” telekanalına istinadla xəbər verir ki, Yasberen şəhərində ildə bir milyon Rubik kubu istehsal edə biləcək yeni avtomatlaşdırılmış istehsal xətti istifadəyə verilib.
Açılış mərasimində Rubik kubunun yaradıcısı, 82 yaşlı Erno Rubik də iştirak edib.
Müəssisə kubları yığmaq və onların funksionallığını yoxlamaq üçün robot qollardan istifadə edəcək.
Rubik bu tapmacanı 1974-cü ildə Budapeştdə dizayn dərsi keçərkən icad edib. O, üçölçülü kostruksiyanı hazırlamaq üçün 27 taxta blokdan istifadə edib.
1977-ci ildə kub ilk dəfə Macarıstanda “Sehrli Kub” adı altında satışa çıxarılıb.
Tapmaca tezliklə dünya miqyasında populyarlıq qazanıb.
1980-1983-cü illər arasında baş verən ilk böyük satış bumu zamanı təxminən 200 milyon Rubik kubu satılıb.

DİGƏR XƏBƏRLƏR

Top