Yamal dünyanın ən yaxşı oyunçusu seçildi


ESPN telekanalı dünyanın ən yaxşı 10 futbolçusunun reytinqini tərtib edib.
Yeniavaz.com
xəbər verir ki, siyahıya “Barselona”nın hücumçusu Lamin Yamal başçılıq edir.
“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem siyahıda ikinci yeri tutub. “Bavariya”nın yarımmüdafiəçisi Maykl Olise isə ilk üçlüyü tamamlayıb. “Barselona”nın hücumçusu Rafinya və “Bavariya”nın hücumçusu Harri Keyn isə ilk beşliyə daxil olublar.
“Real Madrid”in hücumçusu Kilian Mbappe altıncı, “Mançester Siti”nin hücumçusu Erlinq Holan isə səkkizinci yerdə qərarlaşıb.
ESPN-ə görə, dünyanın ən yaxşı ilk 10-luğu aşağıdakı kimidir:
1. Lamin Yamal (“Barselona”).
2. Cud Bellinqem (“Real Madrid”).
3. Maykl Olişe (“Bavariya”).
4. Rafinya (“Barselona”).
5. Harri Keyn (“Bavariya”).
6. Kilian Mbappe (“Real Madrid”).
7. Deklan Rays (“Arsenal”).
8. Erlinq Holan (“Mançester Siti”).
9. Pedri (“Barselona”).
10. Vitinya (PSJ).

Qeyd edək ki, siyahıda zədəli oyunçular nəzərə alınmayıb.

DİGƏR XƏBƏRLƏR

Top