
Sabunçu rayonu Ramana qəsəbəsində avtomobildən 6000 manat nağd pul və bank kartları oğurlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs nəqliyyat vasitəsinin qapısının açıq olmasından istifadə edərək qeyd edilən hadisəni törədib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz