Allahşükür Paşazadə Omana gedəcək


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-də Oman Sultanlığına səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə QMİ-dən məlumat verilib.
Məlumata görə, Allahşükür Paşazadə 15-16 noyabr tarixlərində Omanın paytaxtı Maskat şəhərində baş tutacaq Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək.
QMİ sədri Maskat Forumunun Maskat Fəaliyyət Planının qlobal icra çərçivəsinin təqdimatına həsr olunmuş Yüksək səviyyəli açılış hissəsində çıxış edəcək.
Allahşükür Paşazadənin Omanda bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.
Qeyd edək ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsusi Müşavirinin Ofisi (UNOSAPG) və Dini və Ənənəvi Sülh Qurucuları Şəbəkəsinin birgə hazırladığı, BMT-nin Baş Katibi Antonio Qutteriş tərəfindən təqdim olunmuş “Sülh vasitəçiliyi yolu ilə nifrət çağırışlarına qarşı mübarizə, soyqırımı və kütləvi vəhşilik cinayətlərinin, eləcə də onlara təhrikin qarşısının alınması üzrə ənənəvi və yerli liderlər, habelə xalqlar üçün Maskat Fəaliyyət Planı”na həsr olunmuş beynəlxalq platformadır.

DİGƏR XƏBƏRLƏR

Top