ABŞ-də 10 mindən çox uçuş təxirə salınmışdı – Səbəbi məlum oldu


ABŞ-də təyyarələrin uçuşlarının müvəqqəti olaraq dayandırılması radar və rabitə sistemlərindəki texniki nasazlıqla bağlıdır.
Yeniavaz.com
“The New York Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi daxili təhlükəsizlik naziri Markueyn Mallinlə birgə mətbuat konfransında bildirib.
O, nasazlığın bütün hava nəqliyyatının idarə edilməsi mərkəzlərinə təsir etdiyini qeyd edib.
Daffi radar və rabitə sistemlərinin tamamilə sıradan çıxmadığını, lakin qeyri-sabitliyin təhlükə yaratdığı üçün ehtiyat tədbiri görüldüyünü bildirib.
Onun sözlərinə görə, ABŞ-nin hava limanlarında təyyarələrin uçuşları Federal Aviasiya Administrasiyasının (FAA) tələbi ilə dayandırılıb.
Uçuşlar dayandırılarkən havada 3500-dən çox təyyarə olub.
Ölkə miqyaslı uçuş qadağası təxminən dörd saatdan çox qüvvədə qaldıqdan sonra ləğv edilib.
Uçuş qadağası ləğv edilsə də, nazir hava nəqliyyatının dərhal deyil, tədricən normal axarına qayıdacağı və fəsadların günlərlə davam edə biləcəyi bildirilib.
“Flightradar24”ün məlumatına görə, qadağa müddətində 4700 uçuş ləğv edilib və təxminən 10 mindən çox uçuş təxirə salınıb.
ABŞ hava limanlarında uçuşların təxirə salınması həmçinin, ölkə miqyasında 1,5 milyondan çox sərnişinə təsir edib.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp ölkə daxilində uçuşların dayandırılmasının köhnəlmiş aviasiya infrastrukturu ilə əlaqəli ola biləcəyini istisna etməyib. O bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
Ağ Ev rəhbəri həmçinin, hadisənin kiberhücum və ya süni intellektlə (Sİ) əlaqəli olmadığınl qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top