
İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi “Andorra” klubunun qapıçısı Xesus Ovononu “Tenerife” klubunun hücumçusu Xesus de Migelin ölümünə səbəb olan toqquşmaya görə 12 oyunluq diskvalifikasiya edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Verilən cəzanın maksimum cəza olduğu bildirilir.
Qeyd edək ki, noyabrın 2-də Xesus de Migel İspaniyanın ikinci liqasında ev oyunu zamanı ”Andorra” klubunun qapıçısı Xesus Ovono ilə toqquşduqdan sonra ürək dayanması keçirib. “Tenerife” oyunçusu huşunu itirib və tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb və ertəsi gün orada ölüb.
Xatırladaq ki, Xesus de Migelin 30 yaşı var idi. O, 2025-ci ilin yayından bəri “Tenerife”də oynayırdı. Bundan əvvəl o, bir neçə İspaniya klubunda da oynamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz