
ABŞ Prezidenti Donald Tramp gələn həftə 18-19 noyabr tarixlərində Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinlə görüşəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Post” qəzeti Ağ Evin xüsusi nümayəndəsinə istinatla məlumat verib.
Məlumata görə, üştərəfli görüş Şençjendə görüş keçiriləcək.
Nəşrin məlumatına görə, ABŞ, Rusiya və Çin liderləri APEC sammiti çərçivəsində yeni nüvə silahlarına nəzarət sazişini müzakirə edə bilərlər.
Bundan əlavə, tərəflər İrandakı müharibəni, Şimali Koreya ətrafındakı vəziyyəti və Ukraynadakı münaqişəni də müzakirə edə bilərlər.
Bununla yanaşı, Donald Trampın görüş zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etmək niyyətində olmadığı bildirilir.
ABŞ rəsmiləri isə görüşün konkret razılaşma ilə nəticələnəcəyini gözləmədiklərini, danışıqları nüvə tərksilahı məsələsində ilkin müzakirə kimi qiymətləndirdiklərini qeyd edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz