
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, qəza Mingəçevir şəhərinin M. Maqomayev küçəsində baş verib.
Yolu keçmək istəyən 2014-cü il təvəllüdlü (12 yaşlı) Zəhra Musayevanı “Ford” markalı avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəblini hadisə yerindən keçən 44 günlük vətən müharibəsi qazisi, mayor Pərviz Məmmədov xəstəxanaya çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, qızın həyatını qısa bir vaxtda onu xəstəxanaya çatdıran qazi xilas edib.
Məlumata görə, hazırda onuın vəziyyəti qənaətbəxşdir.
Qızın valideyinləri Pərviz Məmmədova dərin təşəkkürlərini bildiriblər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz