
Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafə Nazirliyindən məlumat verilib.
“Hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır.
Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və gənc əsgərlərin xidmət etdiyi hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik.
Qeyd olunan məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda qeyd edilib.
Tətbiqimizi yükləyə bilərsiniz