Paşinyan dekabrda Rusiyaya üç səfər edəcək


Ermənistan Baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç səfər etməyi planlaşdırdığını bildirib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o bu barədə Dublin Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda çıxışı zamanı qeyd edib.
“Dekabr ayında üç dəfə Rusiyada olacağam. Danışıqlar üçün Rusiyaya 3 səfər edəcəyəm: dekabrın 3-də, 11-də və 22-də”, - Paşinyan bildirib.
O həmçinin Ermənistanın Rusiya ilə münasibətlərində dostluq atmosferini qorunub saxlanmasına ümid etdiyini əlavə edib.
Qeyd edək ki, aprel ayında Bişkekdə keçirilən ŞƏT sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putin Ermənistan hökumətinin başçısını iki ölkə arasında əməkdaşlığın konkret məsələlərini müzakirə etmək üçün Moskvaya dəvət etdiyini elan etmişdi. Lakin oktyabrın əvvəlində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın Moskvaya səfəri üçün dəqiq tarixlərin məlum olmadığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top