Ermənistan və ABŞ TRIPP-i müzakirə etdi


Ermənistan və ABŞ nümayəndələri TRIPP layihəsinin icrasını müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, noyabrın 13-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və ABŞ dövlət katibinin köməkçisinin müavini Peter Andreolinin həmsədrliyi ilə iki ölkə arasında “Hərtərəfli Strateji Tərəfdaşlıq” sazişinin həyata keçirilməsi üzrə işçi qrupunun iclası keçirilib.
Mətbuat xidmətinin məlumatına görə, işçi qrupunun iclası videokonfrans vasitəsilə baş tutub.
Tərəflər sazişdə qeyd olunan sektoral təşəbbüslərin həyata keçirilməsinin gedişatını, TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri, eləcə də ikitərəfli gündəmdəki digər mövzuları nəzərdən keçiriblər.

DİGƏR XƏBƏRLƏR

Top