Almaniyada keçmiş dünya çempionu prezidentliyə namizəd olacaq


“Almaniya üçün Alternativ” Partiyası (AfD) keçmiş alman futbolçu və 1990-cı il Dünya Kubokunun qalibi Tomas Bertoldun Almaniya prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bild” qəzetinin məlumat yayıb.
Məlumata görə, AfD Berlində keçiriləcək partiya iclasında namizədliyini rəsmi olaraq elan etməyi nəzərdə tutur.
Qeyd edək ki, Noyabrın 9-da Almaniya kansleri və Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merts Bavariya Parlamentinin spikeri İlze Ayqnerin Almaniya prezidentliyinə namizədliyini dəstəkləyib. Belə ki, kansler bu qərarını Berlində CDU nümayəndələri ilə görüşdə açıqlayıb.
Xatırladaq ki, Almaniyada prezident seçkiləri 30 yanvar 2027-ci il tarixinə planlaşdırılıb və Federal Məclis tərəfindən seçiləcək. Namizədlər arasında Bavariya landtaqının sədri İlze Ayqner, Bundestaqın sədri Yuliya Klökner, təhsil naziri Karin Prien və başqaları var. Lakin onlar arasında Ayqner aparıcı namizəddir.

DİGƏR XƏBƏRLƏR

Top