
“First Investment Bank”, “Investment Cooperative Bank”, “Reso Credit” Bankı və “Taneco” neft şirkəti Aİ sanksiyalar siyahısından çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Sistem” araşdırma şirkətinin hesabatında öz əksini tapıb.
Bu şirkətlərin hamısının Avropa səhmdarlarının maraq dairəsində olduğu bildiirlir.
“First Investment Bank”ın 67,11%-lik payı 2018-ci ildə Bolqarıstanın “Starcom Holding” şirkəti tərəfindən əldə edilib. 2021-ci ilə qədər “Starcom”un payı əlavə kapitallaşma nəticəsində 97,76%-ə qədər artıb. Daha sonra onun payı 93,19%-ə düşdüb. 2025-ci ildə dərc olunmuş hesabatda “Starcom Holding”in payı hələ də 93,19%-dir.
“Investment Cooperative Bank” da Bolqarıstan biznesi ilə əlaqəlidir və 2021-ci il etibarilə Bolqarıstan qrupu olan “Chimiport” səhmlərin 86,27 faizinə nəzarət edir.
“Reso Credit” Bankı isə Fransanın AXA sığorta qrupu ilə, “Taneco” neft şirkəti isə Macarıstanın MOL qrupu ilə əlaqəlidir.
Brüsseldəki iki mənbə bildirib ki, “First Investment Bank” və “Investment Cooperative Bank” Bolqarıstan tərəfinin tələbi ilə sanksiya siyahısından çıxarılıb.
“Reso Credit”in çıxarılmasını Fransa nümayəndələri, “Taneco”nun çıxarılmasını isə Macarıstan nümayəndələri tələb edib.
Tətbiqimizi yükləyə bilərsiniz