Şimali Koreya bayrağını dəyişdi – 1948-ci ildən bəri ilk…


Şimali Koreya hakimiyyəti 1948-ci ildə respublikanın qurulmasından bəri ilk dəfə olaraq milli bayrağının nisbətlərini dəyişdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Rəsmi “Naenara” dövlət portalında dərc olunmuş konstitusiyanın mətnində bayrağın təsviri 166-cı maddədə yer alır.
Bayrağın mərkəzində geniş qırmızı zolaq, yuxarı və aşağı hissədə dar ağ zolaqlar, kənarlarında mavi zolaqlar və bayraq dirəyində ağ dairənin içərisində qırmızı beşguşəli ulduz var.
Bayrağın hündürlük-en nisbəti hazırda 1:1.65-dir. Əvvəllər konstitusiya 1:2 nisbətini müəyyən edirdi və bu nisbət 2023-cü ilin sentyabrında edilən dəyişikliklərdən sonra da dəyişməz qalırdı.
Agentliyin məlumatına görə, dəyişiklik Şimali Koreya lideri Kim Çen Inın sələflərinin bəzi ənənələrini qoruyub saxlayaraq öz idarəetmə tərzini və milli kimliyini formalaşdırmaq istəyi fonunda baş verib.

DİGƏR XƏBƏRLƏR

Top