
Niderland kraliçası Maksima Breda şəhərindəki (Şimal-Brabant əyaləti) Kral Hərbi Akademiyasında ehtiyat zabit kimi and içib.
Yeniavaz.com xəbər verir ki, bu barədə kral mətbuat xidməti məlumat yaylb.
Məlumata görə, hərbi təlimini başa vurduqdan sonra o, Niderland Kral Silahlı Qüvvələrinin Baş Qərargahında polkovnik-leytenant rütbəsinə yüksəlib.
Mərasim noyabrın 13-də Breda şəhərindəki Kral Hərbi Akademiyasında baş tutub.
Mətbuat xidməti məlumat verib ki, ehtiyatda olan Kral Villem-Aleksandrın həyat yoldaşı qərargah zabiti kimi xidmət edəcək.
Maksima 2026-cı ilin əvvəlində ehtiyatda olmaq üçün müraciət edib. O, nəzəri və praktiki təlim kursunu başa vurub və bu müddət ərzində əsas hərbi bacarıqlara yiyələnib. Kraliçanın təlimi 11 noyabrda başa çatıb.
Kral Villem-Aleksandr isə Hollandiya Hərbi Dəniz Qüvvələrində, daha sonra Ordu və Hərbi Hava Qüvvələrində xidmət edib. Cütlüyün böyük qızı Tac Şahzadəsi Amaliya 2025-ci ildən bəri Müdafiə Kollecində hərbi təlim keçir. Oktyabr ayında o, çavuş rütbəsinə yüksəlib.
Tətbiqimizi yükləyə bilərsiniz