Jukovsk aeroportu ilə bağlı Azərbaycanla mübahisə həllini tapıb

Azərbaycan Rusiya şirkətləri ilə Moskva bölgəsindəki Jukovsk aeroportundan uçuşları razılaşdırıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın nəqliyyat naziri Maksim Sokolov deyib. Onun sözlərinə görə. Azərbaycan üzrə bütün məsələlər həll edilib. Jukovsk aeroportunun onlayn lövhəsindəki məlumatlardan bəlli olur ki, “İkar” avişirkəti fevralın 14-də həmin hava limanından Bakıya uçmağı planlaşdırır. Xatırladaq ki, Jukovsk aeroportunun Moskva şəhərinə deyil, Moskva bölgəsinə məxsusluğu Azərbaycan, Tacikistan və İsrailin etirazlarına səbəb olmuşdu. Moskva aeroportlarından həyata keçirilən reyslər ikitərəfli sazişlərin təsirinə düşür və onlara qarşı kvotalar tətbiq edilmir.

DİGƏR XƏBƏRLƏR

Top