
Argentinalı baş məşqçi Maurisio Poçettino İngiltərənin “Mançester Yunayted” futbol klubunun baş məşqçisi təyin olunub, idarə etməyə razılıq verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat verib.
Məlumata görə, 54 yaşlı məşqçi vəzifəsinin icrasına noyabrın 18-də başlayacaq.
“Mançester Yunayted” ABŞ Futbol Federasiyası (USSA) ilə menecerin və onun məşqçilər heyətinin milli komandadakı vəzifələrindən azad ediləcəyi barədə razılığa gəlib.
Qeyd edək ki, noyabrın 12-də İngiltərə klubu Maykl Kerrikin baş məşqçi vəzifəsindən istefa verdiyini açıqlayıb.
Xatırladaq ki, Poçettino 2024-cü ildən bəri ABŞ milli komandasınıa rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2025-ci il KONKAKAF Kubokunun finalına yüksəlib. Argentinalı mütəxəssis əvvəllər İngiltərənin “Çelsi”, “Tottenhem” və “Sauthempton”, İspaniyanın “Espanyol” və Fransanın PSJ klublarının baş məşqçisi olub. O, Paris komandası ilə Fransa çempionluğunu, Fransa Kubokunu və Fransa Super Kubokunu qazanıb. Onun rəhbərliyi altında “Tottenhem” Çempionlar Liqasının finalına vəsiqə qazanıb və İngiltərə Liqa Kubokunu qazanıb.
10 oyundan sonra “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində səkkiz xalla 18-ci yerdədir. Klub Çempionşipin aşağı liqaya düşmə zonasındadır.
Tətbiqimizi yükləyə bilərsiniz