Xərclərimizin yarıdan çoxunu yeyib-içməyə sərf etmişik


Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 559,9 manat xərcləyib.
Yeniavaz.com
xəbər verir ki, xərclənən vəsaitin 302,3 manatına (54%-inə) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 257,6 manatına (46%-inə) isə qeyri-ərzaq malları alınıb.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manat xərcləyib. Bu vəsaitin 279,9 manatı (54,5%-i) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 233,9 manatı (45,5%-i) isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Rəqəmlərdən də görünüdyü kimi, ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərclənən aylıq vəsait 22,4 manat (8%), qeyri-ərzaq mallarına xərclənən vəsait isə 23,7 manat (10,1%) artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top