
ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların tətbiqini yenidən gündəmə gətirib. "Yeniavaz.com"un nevs.bigmir.net saytına istinadən verdiyi məlumata görə, bu gün Tramp İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı sərəncam imzalayacaq. Bununla əlaqədar Reuters agentliyinin yazdığına görə, İranın 25 fiziki və hüquqi şəxsi qara siyahıya salınacaq. Onlardan 8 nəfərinə terrorizmlə bağlı olduqlarına, 17 nəfərinə isə ballistik raketlərin sınaqları ilə bağlı sanksiya tətbiq ediləcək. İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinin gündəmə gəlməsinə səbəb isə bu ilin yanvar ayının 29-da Tehranın ballisitk raketlərin sınaqlarını keçirməsidir. Bu isə ABŞ-ın yeni administrasiyası tərəfindən əsəbiliklə qarşılanıb. Yanvarın 31-də isə isə BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı təcili iclasını çağıraraq İranı ballisitk raketlərin sınaqlarını keçirməkdən çəkinmyə çağırmış və əks halda bunun xoşagəlməz hadisələrə yol aça biləcəyi barədə Tehrana rəsmi xəbərdarlıq etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz