Ermənistanda Nəsimi Musayevlə bağlı ibtidai istintaq başa çatdı


Ermənistan sərhədini qanunsuz keçməkdə, erməni ailəsinin evinə daxil olmaqda və ev sahibəsinə atəş açmaqda ittiham olunan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev ilə bağlı ibtidai istintaq başa çatıb.
Yeniavaz.com
erməni KİV-ə istinadla xəbər verir ki, iş ittiham aktı ilə nəzarətçi prokurora göndərilib.
Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb.
Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib. Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top