Son 13 ildə Azərbaycanda əsas ərzaq məhsulları 2,4 dəfə bahalaşıb


Son 13 il ərzində Azərbaycanda əsas ərzaq məhsullarının qiymətləri orta hesabla təxminən 2,4 dəfə artıb.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamalar göstərir ki, bu müddətdə ərzaq məhsullarının böyük əksəriyyətində ciddi bahalaşma qeydə alınıb.
Məlumat üçün bildirək ki, ərzaq məhsulları arasında ən yüksək qiymət artımı tərəvəz və süd məhsullarında qeydə alınıb. Ən çox bahalanan məhsul isə badımcan olub. 13 il əvvəl, 2013-cü ilin sentyabr ayında badımcanın bir kiloqramının orta pərakəndə satış qiyməti 47 qəpik olduğu halda, bu ilin sentyabr ayında 2 manat 22 qəpiyə qədər yüksəlib. Bundan başqa, son 13 ildə kərə yağının qiyməti 3,9 dəfə artaraq 6,04 manatdan 23,15 manata, əridilmiş pendirin qiyməti 2,8 dəfə artaraq 6,67 manatdan 25,19 manata, qara istiotun qiyməti isə 2,4 dəfə artaraq 1,58 manatdan 5,32 manata yüksəlib.
Alkoqollu içkilər və tütün məmulatları da nəzərə alındıqda, ən böyük artım konyakın qiymətində qeydə alınıb. Belə ki, onun qiyməti 4,8 dəfə artaraq 4,54 manatdan 21,76 manata yüksəlib. Arağın qiyməti isə 3,9 dəfə bahalaşıb.
Müqayisə edilən ərzaq məhsulları arasında ən az qiymət artımı bananda müşahidə olunub. 1 kiloqram bananın qiyməti son 13 ildə cəmi 17% artaraq 2,46 manatdan 2,88 manata yüksəlib. Nisbətən az bahalaşan digər məhsullar arasında şabalıd (22%), süfrə çuğunduru (24%), kök (32%), təzə göbələk (31%), istixana xiyarı (34%), göyərti (41%) və pasterizə olunmamış üzlü süd (42%) yer alıb.
Qeyd edək ki, müqayisə aparılan ərzaq məhsullarının heç birində 2013-cü illə müqayisədə ucuzlaşma qeydə alınmayıb.
Son 13 ildə (sentyabr 2013 – sentyabr 2026) əsas ərzaq məhsullarının qiymətləri aşağıdakı kimi dəyişib:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top