
NVIDIA şirkətinin baş direktoru Censen Hunaqın istefasından sonra şirkətin səhmləri kəskin ucuzlaşıb.
Yeniavaz.com xəbər verir ki, noyabrın 12-də Censen Hunaqın istefası ilə bağlı açıqlamadan sonra NVIDIA səhmləri gün ərzində 14,3%-ə qədər ucuzlaşıb.
Günün sonunda isə səhmlər 4,34% geriləyərək 166,19 dollardan bağlanıb.
Şirkətin maliyyə direktoru Colette Kress müvəqqəti olaraq baş direktor vəzifəsini icra edəcək. Hunaqın istefası şirkətin gələcək idarəçiliyi və süni intellekt bazarındakı mövqeyi ilə bağlı investorların narahatlığını artırıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) açıqladığı məlumata görə, 2026-cı ilin iyununun sonunda Fondun NVIDIA şirkətindəki səhm investisiyalarının dəyəri 817 milyon dollar təşkil edib.
Həmin vaxt NVIDIA-nın bir səhminin qiyməti 200,09 dollar olub. Noyabrın 12-dəki bağlanış qiyməti ilə müqayisədə səhmlər bu müddətdə 16,9% ucuzlaşıb.
Hesablamalar göstərir ki, Fondun əlindəki səhmlərin sayı dəyişmədiyi halda, qiymət azalması nəticəsində investisiyanın dəyəri təxminən 138,4 milyon dollar aşağı düşüb.
Beləliklə, iyunun sonunda 817 milyon dollar dəyərində olan NVIDIA səhmlərinin dəyəri noyabrın 12-dəki bağlanış qiymətləri əsasında təxminən 678,6 milyon dollara enib.
Bu hesablamaya əsasən, Neft Fondunun NVIDIA səhmləri üzrə mümkün dəyər itkisi 138,4 milyon dollar təşkil edir.
Qeyd edək ki, bu rəqəm səhmlərin qiymət dəyişməsi əsasında aparılan hesablamadır. Fondun həmin müddətdə səhm alqı-satqısı əməliyyatları və dividend gəlirləri nəzərə alınmayıb.
Məlumat üçün bildirək ki, NVIDIA şirkətinin baş direktoru Censen Hunaqın istefasının səbəbi onun Çin kəşfiyyatı ilə əlaqələri olduğu iddia edilən Alis Huanq adlı bir xanım ilə olan münasibətləri olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz