
İstanbul Prokurorluğunun yeni nəsil silahlı cinayətkar qruplaşmaya qarşı apardığı istintaq çərçivəsində “Barış Boyun Cinayət Təşkilatı”nın rəhbərlərindən biri olduğu müəyyən edilən Mehmet Rəcəb Dəmir Azərbaycanda saxlanılıb.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, onun barəsində hazırda 48 axtarış qərarının olduğu bildirilir.
Məlumata görə, Demir Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “qanunsuz sərhədkeçmə” cinayətinə görə həbs edilib.
Agentlik yazır ki, Türkiyə Baş Prokurorluğu hərəkətə keçərək Demirin ölkəyə ekstradisiya olunması üçün Azərbaycanın müvafiq məhkəmə orqanlarına rəsmi müraciət ünvanlayıb.
“Qafqazinfo” isə Mehmet Recep Demirin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycanda gizləndiyi müəyyən edilərək həbs edildiyini və məhkəmə qərarı ilə DTX təcridxanasında saxlanıldığını yazıb.
Tətbiqimizi yükləyə bilərsiniz