Putin və Tramp APEC sammitində nələri müzakirə edəcək?


Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində Ukrayna böhranının həllini müzakirə etməyi planlaşdırırlar.
Yeniavaz.com
Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O qeyd edib ki, Tramp Ukrayna böhranının həllinə şəxsən diqqət yetirir.
“Şençjendə planlaşdırılan görüş zamanı nizamlama ilə bağlı bütün məsələlərin müzakirəsi davam edəcək”, - deyə o qeyd edib.
Qeyd edək ki, 18-19 noyabr tarixlərində Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində ABŞ, Rusiya və Çin liderləri Donald Tramp, Vladimr Putin və Si Cinpin arasında görüş baş tuta bilər.

DİGƏR XƏBƏRLƏR

Top