
Argentina Futbol Assosiasiyası (AFA) milli komandanın baş məşqçisi Lionel Skaloninin müqaviləsini 2030-cu ilə qədər uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFA prezidenti Klaudio Tapiaya istinadla Argentina milli komandasının mətbuat xidməti məlumat verib.
Məlumata görə, Skaloninin AFA ilə əvvəlki müqaviləsi 2026-cı ilin sonuna qədər olub.
“Bu, bütün Argentina futbol ailəsi üçün çox xüsusi bir gündür, çünki biz Lionel Skaloninin Argentina milli komandasının baş məşqçisi vəzifəsində qalacağını elan edirik”, - Tapia bildirib.
Qeyd edək ki, 48 yaşlı Skaloni 2018-ci ildən bəri Argentina milli komandasının məşqçisidir. Onun rəhbərliyi altında milli komanda 2022-ci il Dünya Kubokunu qazanıb. 2026-cə ildə isə milli komanda turnirdə gümüş medala sahib olub. Argentina milli komandası həmçinin, iki dəfə Amerika (2021, 2024) və bir dəfə Finalisima Kubokunu qazanıb (2022).
Tətbiqimizi yükləyə bilərsiniz