
Böyük Britaniya Rusiyaya qarşı yeni, genişmiqyaslı sanksiyalar paketi elan edərək, Rusiyanın ən böyük on neft şirkətinin hamısına qarşı cəza tədbirləri tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.
Məlumata görə, Böyük Britaniyanın yeni sanksiya paketinə Rusiya neftinin və mayeləşdirilmiş təbii qazının daşınmasında iştirak edən “kölgə donanması” gəmiləri, iri kömür şirkətləri və “Rosneft”in Arktikadakı flaqman neft və qaz layihəsi olan “Vostok Oil” daxildir.
Sanksiyalar həmçinin “Slavneft”ə qarşı da tətbiq olunur.
Beləliklə, Böyük Britaniya dünyada Rusiyanın ən böyük on neft hasil edən şirkətinin hamısına sanksiya tətbiq edən ilk ölkə olub.
Tətbiqimizi yükləyə bilərsiniz