İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşdü


Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub.
Yeniavaz.com
xəbər verir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirilib.
Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində oynadığı rol və bu məsələyə verdiyi töhfə vurğulanıb. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxunulub.
Görüşdə Azərbaycanın Avropaya enerji, xüsusilə qaz ixracının artırılması üçün əlavə imkanların olduğu bildirilib, bu baxımdan Avropa İttifaqının maliyyə və prosedur mexanizmlərinə yenidən baxılmasının vacibliyi vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top