Türkiyədə helikopter qəzası – 4 hərbçi həlak oldu


Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunun Samanköy ərazisində S-70 tipli hərbi helikopter qəzaya uğrayıb.
Yeniavaz.com
“TRT Haber” telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.
Müdafiə Nazirliyinin məlumatına görə, qəza yerinə çoxsaylı yanğınsöndürmə, təcili tibbi yardım briqadaları, həmçinin, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb edilib.
Ərazidə baş verən kiçikmiqyaslı yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hazırda qəzanın baş verdiyi ərazidə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top