
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə Kremldə keçirilən görüşdən sonra üçtərəfli danışıqların yeni mərhələsi barədə razılıq əldə edildiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə CNN telekanalına bildirib.
“Hesab edirəm ki, irəliləyiş əldə edilib. Heç kim üçtərəfli danışıqları bərpa edəcəyimizi düşünmürdü. Amma biz danışıqları bərpa etdik. Biz yeni görüş təyin etdik”, - Uittkoff qeyd edib.
ABŞ Prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların növbəti mərhələsinə Avropa nümayəndələri də qoşulacaqlar.
Tətbiqimizi yükləyə bilərsiniz