
Amerikanın “Nvidia” şirkətinin baş direktoru Censen Huanq vəzifəsindən və direktorlar şurası üzvlüyündən istefa verib.
Yeniavaz.com “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.
Açıqlamaya görə, Huanqın istefası, o cümlədən “Nvidia” prezidenti vəzifəsini də özündə birləşdirən qərar dərhal qüvvəyə minir.
Şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kolet Kress müvəqqəti baş direktor vəzifəsini icra edəcək.
“Nvidia” şirkətinin direktorlar şurası daimi baş direktor axtarışına başlayacaq. Şura bu vəzifə üçün həm daxili, həm də xarici namizədləri nəzərdən keçirəcək.
Qeyd edək ki, noyabrın əvvəlində Amerikanın qrafik prosessor istehsalçısı “Nvidia” şirkətin baş direktoru Censen Huanqı hədəf alan şübhəli Çin casusluq əməliyyatı barədə məlumatlardan sonra müstəqil araşdırma elan etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz