Lənkəranda bir ailənin 9 üzvü plov və turşudan zəhərləndi


Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) 11.11.2026-cı il tarixində saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumata görə, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Digər tərəfdən, qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakini olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdikləri məlum olub.
Agentliyin əməkdaşları tərəfindən müvafiq tədbirlərin icra edildiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top