Huanqın sərvəti iki həftədə 50 milyard dollar azalıb – Boşansa, 60-70 milyard da itirəcək


“Nvidia” şirkətinin qurucusu və baş icraçı direktoru (CEO) Censen Huanqın sərvəti son iki həftədə təxminən 50 milyard dollar azalıb.
Yeniavaz.com
xarici mətbuata istinadən xəbər verir ki, milyarder rəhbərin vəzifəsini itirə biləcəyi ilə bağlı iddialar isə vəziyyəti daha da gərginləşdirib.
Huanq ətrafında yaranan qalmaqal yeni iddialarla genişlənib. Belə ki, daha əvvəl Çin kəşfiyyatı ilə əlaqələri olduğu iddia edilən Alis Huanq ilə bağlı yayılan xəbərlərə “Nvidia”nın səhiyyə üzrə vitse-prezidenti Kimberli Povell ilə münasibət iddiası da əlavə olunub.
“New York Times” qəzetinin məlumatına görə, “Nvidia”nın beş əməkdaşı Censen Huanq ilə şirkətin səhiyyə üzrə vitse-prezidenti Kimberli Povell arasında nikahdankənar münasibət olduğunu iddia edib. Lakin bu iddiaları tərəflər təsdiqləməyib. Nə Censen Huanq, nə də Kimberli Povell məsələ ilə bağlı ictimai açıqlama verib.
Qalmaqal fonunda “Nvidia”nın direktorlar şurasının Huanqın vəzifədən kənarlaşdırılması məsələsini müzakirə etdiyi bildirilir.
“Nvidia”nın səhmlərin ucuzlaşması Censen Huanqın şəxsi sərvətinə də ciddi zərbə vurub. “Forbes”in real vaxt göstəricilərinə əsasən, noyabrın 11-də onun sərvəti 151,2 milyard dollar təşkil edib. Halbuki sentyabr ayında bu göstərici 200 milyard dolları ötmüşdü. Censen Huanqın sərvətindəki kəskin azalma səbəbindən ən varlı insanların ilk 10-luğunu tərk edib.
Noyabrın 12-də səhmlərin təxminən 8% ucuzlaşmasını nəzərə alsaq, Huanqın sərvətinin daha 10-12 milyard dollar azalacağı ehtimal olunur.
Bildirilir ki, Censen Huanqın vəzifədən getməsi “Nvidia”nın bazar dəyərinə əlavə zərbə vura bilər.
Həmçinin qeyd olunur ki, etdiyi xəyanət səbəbindən Censen Huanq həyat yoldaşından boşanarsa, sərvətinin yarısı həyat yoldaşına çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top