Ən çox yumurta, tərəvəz və ət bahalaşıb


Bu ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,4 faiz artıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin oktyabr ayında istehlak qiymətləri sentyabr ayına nisbətən 0,3 faiz, 2025-ci ilin oktyabr ayına nisbətən isə 5,2 faiz artıb.
2026-cı ilin oktyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,6 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 6,7 faiz artıb.
Bu ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, toyuq əti və filesi, dondurulmuş balıq, yumurta, armud, xurma, brokkoli, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, baş soğan, kartof və kakao tozunun qiymətləri bahalaşıb, yumru düyü, makaron məmulatları, təzə balıq, limon, naringi, banan, alma, kivi, nar, üzüm, qoz, fındıq, şabalıd, ağ kələm, göyərti, balqabaq, göy lobya, süfrə çuğunduru, şəkər tozu və müxtəlif içli şokoladlı konfetlərin qiymətləri ucuzlaşıb.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top