
Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya Baş nazirin müavini Teymur Musayev sədr təyin olunub.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qeyd edək ki, bu təyinatadək Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Baş nazirin sabiq müavini Əli Əhmədov idi.
Xatırladaq ki, Teymur Musayev ötən ay səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.
Tətbiqimizi yükləyə bilərsiniz