
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev sessiyada iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib.
İrlandiyanın Baş naziri Mixol Martin dövlət başçısını qarşılayıb.
Azərbaycan Prezidenti Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib.
Sonda toplantı iştirakçıları birgə foto çəkdiriblər.
X X X
“Avropa - güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan budəfəki Zirvə Toplantısının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerji, həmçinin Avropanın təhlükəsizliyi və müdafiəsi məsələləri yer alıb. Builki Toplantıda 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edir.
***15:27
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib.
Yeniavaz.com xəbər verir ki, dövlət başçısını İrlandiyanın Baş naziri Mixol Martin qarşılayıb.









Tətbiqimizi yükləyə bilərsiniz