Arif Mirzəyevin nəşi ölkəyə gətiriləcək


Almaniyada yaşayan 83 yaşlı azərbaycanlı bəstəkar, pianoçu və orqan ifaçısı, Əməkdar artist Arif Mirzəyev vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, hazırda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı mərhumun nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işlər görür.
Qeyd edək ki, 1944-cü ildə Bakıda anadan olan Arif Mirzəyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrəQara Qarayevin sinfində təhsil alıb. Uzun müddət Moskvada yaşayıb, daha sonra Almaniyaya köçərək yaradıcılıq fəaliyyətini bu ölkədə davam etdirib.

DİGƏR XƏBƏRLƏR

Top