Dövlət büdcəsindən mediaya ayrılan vəsait azaldılır


Gələn ilin dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə 643 milyon manat vəsait proqnozlaşdırılıb.
Yeniavaz.com
“Azərtac”a istinadən xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Müqayisə üçün bildirək ki, bu ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsi üçün 632 milyon manat nəzərdə tutulub.
Açıqlanan məlumatlardan belə görünür ki, bu il üçün nəzərdə tutulan göstərici ilə müqayisədə gələn il bu sahələrə ayrılacaq vəsaitin 1,7% artırılması gözlənilir.
Nazir müavini açıqlamasında qeyd edib ki, bu vəsaitin 68,4 milyon manatı və ya 11 faizi televiziya, radio və nəşriyyat xərclərinə yönəldiləcək.
Müqayisə üçün bildirək ki, bu ilin dövlət büdcəsindən televiziya, radio və nəşriyyat xərclərinə 78,7 milyon manatın ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, 2026-cı illə müqayisədə televiziya, radio və nəşriyyat xərcləri 10,3 milyon manat və ya 13,1% azalacaq.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top