
ABŞ Rusiyaya Avropa ilə yeni təhlükəsizlik sazişinin hazırlanmasını təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” nəşrinə məlumatlı iki mənbə bildirib.
Onların sözlərinə görə, məsələ Əbu-Dabidə Ukrayna ilə bağlı keçirilən danışıqların əsas mövzularından biri olub.
Görüş zamanı Rusiya nümayəndə heyəti iddia edib ki, Ukraynada genişmiqyaslı müharibə ABŞ-nin keçmiş prezidenti Co Baydenin Vladimir Putinin təhlükəsizliklə bağlı narahatlıqlarını əks etdirən məktubunu cavabsız qoyması səbəbindən başlayıb.
Buna cavab olaraq ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Rusiya tərəfinə yeni saziş layihəsi hazırlamağı təklif ediblər:
“Sənəddə Moskvanın bu sahədəki narahatlıqları və tələbləri nəzərə alınmalı, həmçinin Rusiyanın Avropa ölkələri ilə gərginliyi azaltmaq üçün hansı qarşılıqlı addımları atmağa hazır olduğu dəqiqləşdirilməlidir.
Uitkoff və Kuşner belə məsələlərin daha ciddi müzakirəsi üçün danışıqlarda Avropa nümayəndələrinin də iştirak etməli olduğunu bildiriblər”, - nəşr yazır.
Tətbiqimizi yükləyə bilərsiniz