
Binəqədi rayonu ərazisində “Hyundai” markalı avtomobilin dövlət qeydiyyat nişanının oğurlanması və geri qaytarılması müqabilində sahibindən 2000 manat tələb edilməsi barədə polisə müraciət daxil olub.
Yeniavaz.com DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən 39 yaşlı T.Sultanov və 34 yaşlı R.Məmmədov müəyyən edilərək saxlanılıblar.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz