General-mayor Natiq Əliyevin qızı saxlanılıb – KİV


General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyevanın saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
İddiaya görə, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir.
“İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdən külli miqdarda pul alıb. O, vətəndaş şikayəti əsasında prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub, dünən gecədən istintaq nəzarətindədir.
Şikayətçi iddia edir ki, torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə ondan külli miqdarda pul alıb.
Hələlik onun barəsində məhkəmə qərarı yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb edilərsə, gün ərzində hakim qarşısına çıxarılacaq”, - sayt yazır.
Qeyd olunub ki, T.Əliyevanın şübhəli bilindiyi Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsində 500 min manatdan çox ziyan vurmaq nəzərdə tutulur. Əməlin cəzası 10 ildən 14 ilə kimi həbsdir.
Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun, sonradan isə eyni nazirliyin Tibb xidmətinin rəisi işləmiş general-mayor Natiq Əliyevin qızıdır.

DİGƏR XƏBƏRLƏR

Top