
İtaliyada 300-dən çox məktəb bomba təhlükəsi ilə bağlı xəbərdarlıq məktubları alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliyanın “Orizzonte Scuola” qəzeti məlumat yayıb.
Məlumata görə, Milan, Turin və Neapol da daxil olmaqla, İtaliyanın onlarla şəhərindəki məktəblərdən şagirdlər və müıəllimlər təxliyə edilib.
Polis, yanğınsöndürmə və bomba zərərsizləşdirmə qrupları məktəb binalarında axtarış aparıblar.
Məktubları göndərən şəxsin özünü “Mixail Andropov, Misoginist vilayətinin lideri” adlandırdığı bildirilir. O, öldürməklə hədələyir və məktəbə bomba yerləşdirdiyini iddia edir. Müəllif həmçinin yazır ki, baş nazirin maşınına bomba yerləşdirib.
Müstəntiqlər məktubların tək bir mənbədən gəlməsindən şübhələnirlər ki, bu da son vaxtlar hava limanlarında edilən əsassız təhdidlərə bənzəyir.
İtaliyanın Baş naziri Corcia Meloni sosial şəbəkə səhifələrində yoxlamaların heç bir real təhlükə aşkar etmədiyini bildirib.
“Hazırda aparılan yoxlamalar real təhlükə təşkil edə biləcək heç bir şey aşkar etməyib. Bu məktublar daha çox həyəcan və narahatlıq yaratmaq məqsədi daşıyan strategiyanın bir hissəsi kimi görünür. Hazırda bütün zəruri yoxlamalar davam etdirilir”, - Meloni qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz