
Macarıstan məhkəməsi keçmiş baş nazir Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Budapeşt Şəhər Məhkəməsinin xüsusi nümayəndəsi Gergyo Bozo məlumat verib.
Onun sözlərinə görə, Aronun əlbirlərindən biri haqqında da eyni şəkildə həbs qərarı verilib. İşlə bağlı başqa bir şəxsin isə ev dustaqlığına göndərilməsi nəzərdə tutulur.
“Məhkəmə iş üzrə bütün təqsirləndirilən şəxslərə qarşı şübhələrin əsaslı olduğuna şübhə etmir. Məcburiyyət tədbirləri tətbiq edilən üç şübhəli ilə bağlı məhkəmə onların gizlənə və ədalət mühakiməsindən yayınmağa cəhd edə biləcəkləri qənaətinə gəlib. Məhkəmə həmçinin bununla iddia edilən cinayətin ağırlığını, günahkar bilinərsə, onlara verilə biləcək ağır cəzanı və şübhəlilərin geniş beynəlxalq əlaqələrini nəzərə alıb”, - Bozo bildirib.
Qeyd edək Aron Orban və onun biznes tərəfdaşları əlaqələrindən istifadə edərək Vyetnam vətəndaşlarının pul müqabilində Avropaya qanunsuz miqrasiyasına kömək etməkdə şübhəli bilinirlər.
Müstəntiqlər hesab edirlər ki, onlar Macarıstanın xaricdəki səfirliklərində Şengen vizası müraciətlərini asanlaşdırıblar və bunun müqabilində komissiya alıblar. Onların 2024-cü ildə 100-dən çox insana qanunsuz olaraq bu cür xidmətlər göstərdikləri güman edilir.
Tətbiqimizi yükləyə bilərsiniz