Belarus Rusiyanı məhkəməyə verdi

Belarus Rusiyanın neft tədarüklərini azaltması məsələsi üzrə məhkəməyə müraciət edib. "Yeniavaz.com”un BELTA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ictimaiyyət, yerli və xarici KİV nümayəndələri ilə görüşdə deyib. Onun sözlərinə görə, tərəflər arasında yalnız qaza görə mübahisə gedirdi: “Onlar bütün razılaşmaları pozaraq nefti kəsməyə başladılar. Biz əlbəttə ki, məhkəməyə müraciət etdik. Məhkəmə araşdırılması aparılacaq”. A. Lukaşenko qeyd edib ki, Belarus Rusiya nefti olmadan keçinə bilər: “Hərçənd bu, çətin olacaq. Lakin azadlıq, müstəqillik heç bir pullarla ölçülmür. Əgər tərəzinin bir gözündə müstəqillik, digər gözündə isə Rusiya, İran, Azərbaycan və ya Amerika neftidirsə, bu müqayisəedilməzdir. Belarus onsuz da çıxış yolu tapacaq. Təəssüf ki, Rusiyada bunu başa düşmürlər”.

DİGƏR XƏBƏRLƏR

Top